14 İyun 13:52
1 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keşiş Vazgen (Baqrat) Qalstanyanın təxribatçı davranışlarına görə kilsə və katolikos II Qaregin cavabdehlik daşıyır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

“Qalstanyan bu hərəkata başlayanda bəyan etmişdi ki, bunu katolikosun xeyir-duası ilə edir. Katolikos bunu təkzib eləmədi. Daha sonra Qalstanyan baş nazirliyə namizəd olacağını bildirdi, bunda da katolikosun xeyir-duası və razılığından danışdı, paralel olaraq, kilsənin Ali Ruhani Şuranın hərəkatı dəstəkləyən bir neçə bəyanatı oldu və sair.

Düşünürəm ki, İrəvandakı son toqquşmalarda əsas məsuliyyət daşıyan şəxsin II Qaregin olduğunu deməyə əsaslarım var”, - Rubinyan bildirib.

Vitse-spiker erməni kilsəsini cəmiyyət arasında nifaq toxumu səpməkdən, fitnə-fəsad törətməkdən və nifrət duyğusu yaymaqdan çəkinməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər