Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrədə keçiriləcək Ukrayna Sülh Forumunda iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Səfərdən sonra Qriqoryan Fransanın paytaxtı Parisə gedəcək. Burada işgüzar görüşlər planlaşdırılıb.
Qeyd edək ki, ötən həftə Ermənistan diplomatlarının Ukraynanın Buça şəhərinə səfərləri Rusiyanın kəskin etirazı ilə qarşılanıb. Rəsmi Moskva buna görə İrəvana nota verib. Kəskin təpki təsadüfi deyil, çünki Rusiya ordusunun Buçada soyqırımı törətdiyi iddia olunur.
Rusiya son bir ildə Ermənistanın Ukrayna ilə sıxlaşan təmaslarına görə dəfələrlə Ermənistana xəbərdarlıq edib.