14 İyun 22:28
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan diqqəti daxili problemlərdən yayındırmaq üçün Belarus Prezidenti Aleksandr Lukaşenkonu hədəfə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr Ermənistan rəhbərinin Belarus liderinə cavab verməkdə gecikdiyini bildirir:

“Paşinyan dünən parlamentdə absurd və vaxtı keçmiş sensasion bəyanatlar verdi. Onun sözlərinə görə, Lukaşenko Belarus prezidenti olduğu müddətdə Ermənistanın heç bir rəsmi şəxs və özü bu ölkəyə getməyəcək. Paşinyan bundan əvvəl növbəti məntiqi addımının KTMT-dən çıxmaq olacağını demişdi.

Paşinyanın iddiasına görə, buna səbəb Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Belarusun müharibəyə hazırlıqdan xəbərdar olması barədə açıqlaması olub. Bütün bu prosesdə qəribə olan odur ki, Paşinyan düz bir ay sonra Belarus prezidenti və onun açıqlamasına təpki verir. Halbuki dünən olduğu kimi, mayın ortalarında rəsmi etiraz notası göndərə və səfiri məsləhətləşmələr üçün geri çağıra bilərdi.

Görünən budur ki, problem nə Lukaşenko, nə KTMT, nə də Minskdədir. Əslində, səbəbin nə olduğu bəllidir.

Paşinyan KTMT və Belarus əleyhinə çıxışını gücləndirməklə Ermənistan cəmiyyətinin diqqətini daxili siyasi problemlərdən yayındırmaq istəyir. Başqa ağlabatan izahat indi də mümkün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər