Sərhədin delimitasiya və demarkasiyasının növbəti mərhələsi Zəngəzurda olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır.
Nəşr bildirir ki, yaxınlarda üç gün Sünikdə (Zəngəzur) olan Baş nazir Nikol Paşinyan bir müddət ikinci plana atılan delimitasiya mövzusunu yenidən gündəmə gətirib:
"Paşinyan növbədə Sünikin ola biləcəyini gizlətmədən bu mövzuya bir daha toxunub. O qeyd edib ki, bu barədə Ermənistan və Azərbaycanın sərhəd komissiyaları qərar verməlidir. Bu xəbər rəsmi dairələrdə inanılmaz sevincə səbəb olub".
"Hraparak" bildirir ki, bura qədər Tavuşadan sonra demarkasiyanın harada aparılacağı bəlli deyildi, Paşinyanın son mesajlarından sonra isə məkan artıq dəqiqləşib. Söhbət Zəngəzurla yanaşı, hem də Göyçə və Dərələyəzdən gedir.
Nəşr iddia edir ki, tərəflər iyulun 1-dək delimitasiya və demarkasiyasının növbəti mərhələsini təsdiqləyəcək.