20 İyun 15:40
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah mətbuat konfransı keçirib bütün sualları cavablandıracam.

Teleqraf.com xəbər verir ki, bunu revanşist “Vətən naminə Tavuş” hərəkatının təşəbbüskarlarından biri Suren Petrosyan deyib.

“Anlayıram ki, hərəkat zəifləyəndə və ya uğursuzluğa düçar olanda günahkarlar və anti-qəhrəmanlara ehtiyac olur. İndi hamı bunun axtarışındadır, ona görə də sabah mətbuat konfransı keçirib bütün suallara ətraflı cavab verəcəm”, - Petrosyan bildirib.

Dünən İrəvanda keçirdiyi mətbuat konfransında hərəkat lideri Baqrat Qalstanyan söyləmişdi ki, Petrosyana çoxlu sualları var və onun Ermənistana qayıdıb həmin sualları verməsini və sonra qərar qəbul etməsini gözləyirlər. Baqrat çıxışında uğursuzluqlarını da etiraf etmişdi.

Suren Petrosyan iyunun 14-də gözlənilmədən Moskvaya gedib. Onun bu addımı revanşistlər arasında birmənalı qaşılanmayıb və etiraz yaradıb. Hətta bəziləri Petrosyanın Rusiyanın paytaxtından yeni planla dönəcəyini desələr də, görünən budur ki, hərəkatın uğursuzluğu yola davam üçün yer qoymayıb. Artıq Moskvada baş verənlərin hesabatını verən hərəkat liderləri İrəvanda da ictimaiyyət önündə hesabat verməyə başlayıblar.

“Haykakan Jamanak” qəzeti yazır ki, Suren Petrosyan bir müddət Tavuşda Azərbaycanla demarkasiya və delimitasiya prosesini pozmaq cəhdləri ilə məşğul olub. Sonra Baqrat və dəstəsinə qoşularaq İrəvana gəlib və revanşist hərəkatın fəaliyyətində fəal iştirak edib.

Hərəkat məqsədlərinə nail olmadı, Baqratdan sonra Surenin də mətbuat konfransında uğursuzluğu etiraf edərək geri çəkiləcəyi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər