Ermənistan ilk dəfə olaraq Səudiyyə Ərəbistanına səfir təyin edib.
Teleqraf.com Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə sərəncamı ölkə prezidenti imzalayıb.
Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki hazırkı səfiri Karen Qriqoryan ölkəni həm də Səudiyyə Ərəbistanında təmsil edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair protokol 2023-cü il noyabrın 25-də Əbu-Dabidə imzalanıb.