3 Avqust 15:59
1 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın iyulun 15-dən avqustun 12-dək rəsmi məzuniyyətdə olmasına baxmayaraq, işləməyə davam edir, bir-bir rayonları gəzir.

Teleqraf.com xəbər verir ki, “Joqovurd” Paşinyanın bu dəfə sərhədyanı (Azərbaycan) Tavuş vilayətinə getdiyini yazır.

Ermənistan rəhbəri bundan əvvəl digər sərhədyanı bölgələrdə - Dilican, İcevan və Berddə olub.

"Belə təəssürat yaranır ki, Paşinyan artıq 2026-cı ildə gözlənilən parlament seçkiləri ilə bağlı kampaniyaya başlayıb. Baş nazir hökumətin proqramlarını hakim "Vətəndaş Müqaviləsi" Partiyasının proqramları kimi təqdim edir, bunların Ermənistan vətəndaşlarının lehinə olduğunu və hökumətinin dayanmadan işlədiyini ictimaiyyətə göstərməyə çalışır. Yəni Paşinyan hər cür yolla vətəndaşların gözündə yüksəlməyə cəhd göstərir. Həm də göstərməyə çalışır ki, rəsmi məzuniyyətdə olmasına baxmayaraq, “vətənin firavanlığı naminə” regional səfərlərə başlayıb", - nəşr bildirir.

“Joqovurd”un məlumatına görə, Paşinyan artıq öz komandasına söyləyib ki, qarşıdan gələn seçkilərdə yenidən xalqın etimadını qazanmaq və səs toplamaq üçün bütün görüşlərdə, daxili müzakirələrdə, regional səfərlərdə şəxsən iştirak edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər