Ermənistanın Tavuş rayonunun Kirants kənd sakini Qohar Vardanyan Feysbuk hesabında sərhəddən çəkilmiş foto yayımlayıb.
Teleqraf.com xəbər verir ki, paylaşıma əsasən, yeni salınmış yolda piyada keçidi əks olunub.
O bildirib ki, keçidin qarşı tərəfi Azərbaycandır:
“Kirants. Uşaqlar üçün Azərbaycana keçid. Divarın o biri tərəfində Azərbaycandır”.