Ermənistanda ilk dəfə ağcaqanadlardan insana keçən Qərbi Nil (WNV) virusu qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu səbəbdən bir nəfər ölüb, 20-yə yaxın insan xəstəxanaya yerləşdirilib.
Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, virusun qeydə alındığı şəxslərin vəziyyətləri orta-ağır qiymətləndirilir, ən kiçiyinin 25, ən böyüyünün 65 yaşı var. Hamısının xroniki və ağır xəstəlikləri var, ölən də risk zonasında olub, yaşı 60-dan yuxarıdır.
Mürəkkəb mərhələdə virus beyin qişası və iltihabına qədər və ya hər ikisi birlikdə - meningoensefalitə səbəb ola bilər.
Ermənistan Səhiyyə Nazirliyinin sözçüsü deyib ki, xəstəlik COVID-19 və qızılca kimi sürətlə yayılmır və nadir hallarda ağır xroniki xəstəlikləri olan xəstələrdə qeydə alınır.