27 Avqust 11:32
9 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan rəhbərliyinin qanunvericilik dəyişiklikləri iqtisadi terror siyasətinə yönəlib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Auditorlar Palatasının sədri Naira Sərkisyan deyib.

Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: “İlin birinci yarısında təxminən 120 milyard dramlıq büdcə yerinə yetirilməyib. Bizim proqnozlarımıza görə, ilin sonuna qədər büdcənin gəlir hissəsi nəzərdə tutulduğundan az, 250-300 milyard dram olacaq”.

Sərkisyan hesab edir ki, ilk növbədə, Nikol Paşinyan hökuməti imperativ davranışlarla qorxu mühiti yaratmağa çalışırlar. Onun sözlərinə görə, digər səbəb hakimiyyətin erkən seçkilərə hazırlaşmasıdır.

“Növbədənkənar seçkilərə gedəcəklər. Ən təsiredici sahələrdən biri biznesdir. İş adamlarına qarşı isə çox güclü dəyənək lazımdır ki, birdən-birə müxalif mövqe nümayiş etdirsələr, müxalifət partiyalarına səs versələr və sair siyasi məqsədlərinə can atsalar, bundan onları həbs etmək üçün istifadə etsinlər”, - palata sədri vurğulayıb.

“Past” qəzeti Baş nazir Nikol Paşinyanın mümkün erkən seçkilərdə növbəti qələbəsi üçün zəmin yaratdığını yazır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər