10:44
231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Rusiya münasibətlərində problemlər var.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

“Münasibətlərdəki problemlərə baxmayaraq, tarazlığı saxlamalı və bütün sədləri aradan qaldırmağa çalışmalıyıq”, - ölkə rəsmisi bildirib.

Qriqoryanın sözlərinə görə, dünya və regionda vəziyyət kifayət qədər mürəkkəbdir:

“Buna uyğun olaraq, təbii ki, izahı tam verilməyən bir çox problemlər yaranır, məncə, izahları başa düşməyə və düzgün qərarlar verməyə çalışmaq lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər