16 Noyabr 17:41
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniyaya başlayıb.

Teleqraf.com xəbər verir ki, bunu erməni hüquqşünas Yervand Varosyan deyib.

Ekspert Ermənistan liderinin radikal müxalifət və hakim komanda daxilində mərkəzdənqaçma meylində olanlara qarşı mövqeyini sərtləşdirəcəyini proqnozlaşdırır.

“Paşinyan məqsədinə çatmaq üçün komanda üzvlərinin bir neçəsini qurban verəcək. Seçkilərə “Ermənistanı şər adamlardan təmizləyək” şüarı ilə gedəcək. Digər partiyaların ona qarşı təsiredici güc əmələ gətirə biləcəkmi? Acı təcrübə bunun mümkün olmadığını göstərir”, - Varosyan bildirib.

Ekspert özünün də təmsil olunduğu müxalifət düşərgənin Paşinyanı dayandıracaq gücdə olmadığını düşünür.

Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək. Yerli mətbuat Paşinyanın erkən seçkiyə gedəcə biləcəyini də istisna etmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər