29 Noyabr 10:20
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyi bir ildir Avrasiya İqtisadi Birliyinə (AİB) sədrlik edən Ermənistanın bu qurumun növbəti sessiyasının niyə İrəvanda deyil, Rusiyada keçirilməsinin səbəbini izah etməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” yazır.

Erməni nəşrinin iddiasına görə, Baş nazir Nikol Paşinyan şəxsən belə istəyib:

“Təşkilatın reqlamentinə əsasən, AİB Ali Şurasının iclasının quruma sədrlik edən üzv dövlətdə mütləq keçirilməsi nəzərdə tutulmur. Bu çərçivədə şura növbəti sessiyanın dekabrda Sankt-Peterburqda keçirilməsi barədə qərar qəbul edib.

Diplomatik mənbələr iddia edir ki, Paşinyan sessiyanın İrəvanda yox, Rusiyada keçirilməsini şəxsən istəyib. Yeri gəlmişkən, sessiyaya Paşinyan sədrlik edəcək. Yəni Ermənistan AİB-ə sədrlik edən ölkə olsa da, sammit burada yox, Rusiyada keçiriləcək”.

Mənbə həm də Ermənistanın Beynəlxalq Cinayətlər Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin barəsində həbs qərarını nəzərə alaraq, İrəvanın bu addımı atdığını ehtimal edir:

“İrəvanın ratifikasiya etdiyi "Roma statutu" (əsasnamə) Ermənistana səfər edəcəyi təqdirdə, Rusiya prezidentinin həbsini nəzərdə tutur”.

“Hraparak”a görə, Paşinyan ona baha başa gələ biləcək bu addımdan yayınmaq istədiyi üçün Peteburq variantına üstünlük verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər