29 Noyabr 10:53
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arpin Sərkisyan Qərbin tələbi ilə Ermənistan daxili işlər naziri təyin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, təyinatdan dərhal sonra yeni nazirə Avropa İttifaqından (Aİ) dəstək gəlib:

“Hökumət “sorosçu” səhmdar və ya sponsorları gizlətmirlər ki, Sərkisyanın Daxili İşlər Nazirliyinə təyinatı onların dəstəyi ilə reallaşıb.

Daxili işlər naziri ilə Aİ-nin səfiri Vasilis Maraqos arasında dünənki görüş barədə məlumatda deyilir: “Aİ nümayəndə heyətinin rəhbəri Arpin Sərkisyanı təyinatı münasibətilə təbrik edib və ona uğurlar arzulayıb, Avropa İttifaqının davamlı və hərtərəfli dəstəyə hazır olduğunu vurğulayıb. Maraqos əməkdaşlıq sayəsində görülən genişmiqyaslı işlərə diqqət çəkib və əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirib”.

Hətta hökumətin qanunvericiləri də bu açıqlamadan təəccübləniblər”.

Nəşrin iddiasına görə, Qərb Baş nazir Nikol Paşinyanı qorumaq üçün Daxili İşlər Nazirliyini gücləndirir və ya Rusiyaya bağlı fiqurlardan təmizləyir:

“Ermənistanda polis yalnız Paşinyanı hakimiyyətdə saxlamaq və müxalifəti sıxışdırmaqda təkmilləşib. Hesab olunur ki, Qərb polisi məhz buna görə dəstəkləyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər