16:43
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistanla bağlanmış müqavilələrə sadiqdir, hərbi-siyasi sahədə öz öhdəliklərindən vaz keçmir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin (Sergey Lavrov) müavini Mixail Qaluzin deyib.

Qaluzinin sözlərinə görə, söhbət həm ikitərəfli səviyyədə, həm də Avrasiya məkanında inteqrasiya çərçivəsində sazişlər toplusundan gedir:

“Biz müttəfiqlərimiz qarşısındakı hərbi-siyasi öhdəliklərimizdən vaz keçmirik”.

Rusiya xarici işlər nazirinin müavini, həmçinin hesab edir ki, Moskva Ermənistanın hərbi, enerji və ərzaq təhlükəsizliyinin təminatçısı olmaqda davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər