ABŞ müdafiə naziri Lloyd Ostin erməni həmkarı Suren Papikyanla görüşündə Vaşinqtonun Ermənistan Silahlı Qüvvələrində islahatları dəstəkləməyə davam edəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.
Ostin ABŞ-ın Ermənistanın müstəqilliyi, suverenliyi və rifahını dəstəklədiyini, iki ölkə arasında əməkdaşlığın davam etdiyini vurğulayıb.
ABŞ müdafiə naziri Vaşinqtonun Ermənistan Silahlı Qüvvələrində islahatları dəstəkləməyə davam etdirməyə hazır olduğunu söyləyib.
Müdafiə nazirləri ABŞ və Ermənistan silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, hərbi təhsil, döyüş hazırlığı, beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq təlimləri, peşəkar tədris institutlarının inkişafı, Ermənistan ordusunun təhsil imkanlarının yaradılması və sair məsələləri də müzakirə ediblər.
Görüşdə Ermənistanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq məsələlərinə də toxunulub.