6 Dekabr 2024 10:56
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın KTMT investisiyalarına görə borcu var, iki ildir ödənilmir. 2024-cü il üçün də borclar mövcuddur, müddət 2025-ci ilin sonunda başa çatacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.

“Ermənistan iki ildir bu borcları ödəmir. Müvafiq qərarlar qəbul ediləcək”, - Pankin İrəvana xəbərdarlıq edərək deyib.

Ermənistan Baş naziri Nikol Paşinyan bu ilin fevralında ölkəsinin KTMT-də iştirakını dondurduğunu açıqlayıb. Ermənistan təşkilatın büdcəsinə ödəmələri də dayandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər