6 Dekabr 2024 16:50
9 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müdafiə naziri Suren Papikyanın amerikalı həmkarı Lloyd Ostinlə görüşünün bizim üçün əhəmiyyəti olmayacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri erməni politoloq Suren Sərkisyan deyib.

Analitik gələn ay vəzifəsindən ayrılacaq ABŞ müdafiə nazirinin Papikyanla görüşünün vidalaşma xarakterli olduğunu bildirərək, buna ironiyalı şərh verib:

“Nəhayət, 2018-ci ildən sonra ilk dəfə Ermənistanın istənilən müdafiə naziri Pentaqon rəhbəri tərəfindən qəbul edildi. Qəbul edən müdafiə nazirinin (Lloyd Ostin) təxminən 40 gün sonra vəzifəsindən ayrılacağının (İrəvan üçün) heç bir önəmi yoxdur.

Trampın gəlişi ilə Pentaqonun əsaslı dəyişikliklərə məruz qalacağı da vacib deyil. Həm də fərqi yoxdur ki, gedən administrasiyaların nümayəndələri müxtəlif həmkarlarla vida görüşləri keçirirlər və belə hallarda mahiyyət etibarilə müqavilələr bağlamırlar”.

Sərkisyan əlavə edib ki, belə bir fonda “Amerikanın Ermənistana hərbi yardımı” ətrafında qondarma gündəm yaradılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər