7 Dekabr 2024 17:36
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan Parisə yollanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni KİV-lər məlumat yayıb.

Paşinyanın yenidən təmir olunan Notr-Dam kilsəsinin xüsusi açılış mərasimində iştirak etmək üçün Fransanın paytaxtına yollandığı bildirilib.

Qeyd edək ki, tədbir 2019-cu ildə baş vermiş yanğından sonra tam bərpa edilən kilsənin ilk dəfə ziyarətçilərə açılması münasibətilə keçirilir.

Açılış mərasimində onlarla ölkədən dövlət və hökumət başçısı iştirak edəcək.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər