Ermənistan Korrupsiya Cinayətləri Məhkəməsi keçmiş daxili işlər naziri, “milli qəhrəman”, general-mayor Andranik Piloyanın işi üzrə hökmünü açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə, külli miqdarda rüşvət alma və dələduzluqda təqsirli bilinib.
Piloyanın həbs müddəti 5 il müddətinə azadlıqdan məhrum etmə ilə hesablanaraq, ona 4 il 5 ay müddətinə yekun cəza kəsilib.
Piloyan 3 il müddətinə dövlət vəzifəsi tutma hüququndan məhrum edilib, əlavə olaraq 1 milyon 300 min dram məbləğində cərimə də tətbiq edilib.