16:27
390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya tərəfi ümid edir ki, Ermənistan Baş naziri Nikol Paşinyan bütün dəvət olunmuş qonaqlar kimi MDB dövlət başçılarının dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi görüşündə iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Hamı dəvətlidir, bu gün dekabrın 16-dır, görüş bir müddət sonra baş tutacaq. Ümid edirik ki, dəvət etdiklərimiz Sankt-Peterburqa gələcəklər, o cümlədən Nikol Paşinyan. Nə olacağını görəcəyik”, - nazir müavini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər