Ermənistan, Yunanıstan və Cənubi Kipr 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Məsləhətləşmələrin sonunda Ermənistan-Yunanıstan ikitərəfli və 2025-ci il üçün Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlıq proqramları imzalanıb. Sazişlərə silahlı qüvvələrin fəaliyyətinin müxtəlif sahələrində bir neçə tədbir daxildir”,- məlumatda deyilir.