Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Sankt-Peterburqda keçiriləcək MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcək. O, dekabrın 23-də ona koronavirus diaqnozu qoyulduğunu, özünü təcrid etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Past” yazır.
Erməni nəşri, həmçin bildirir ki, Paşinyan sabah Avrasiya İqtisadi Birliyinin (AİB) Peteburqda keçiriləcək iclasında iştirak edib-etməmək barədə günün sonuna qədər qərar verəcək:
“Bütün hallarda AİB-in sessiyasından qaçmaq mümkün olacaq, halbuki Ermənistan hazırda bu qurumun sədridir. Nizamnaməyə əsasən, qurumun iclasları sədrlik edən ölkədə keçirilməlidir. İndi iclas Rusiyada keçirilsə də, buna Ermənistan sədrlik etməlidir. Bir neçə gün əvvəl Paşinyan niyə iclasın İrəvan yox, Peteburqda keçirilməsinə qərar verdiyinə aydınlıq gətirib, o vurğulayıb ki, AİB-in bəzi üzvləri (məsələn, Belarus – red.) Ermənistan üçün arzuolunan deyil.
Ənənəvi olaraq Ermənistan keçən il də daxil olmaqla MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak edib. AİB-ə gəlincə, İrəvan qurumun Ermənistan iqtisadiyyatında əsas payı təmin etdiyini anlayaraq, heç vaxt etirazını bildirməyib.
İndi Paşinyan “COVID virusuna görə” iştirakdan imtina edəndə Ermənistana nə qədər zərbə vurduğunu anlayırmı? Bəli! Bu, Paşinyan və komandasının yürütdüyü bu siyasətin nəticələri yaxın gələcəkdə bəlli olacaq”.