Ermənistan Baş naziri Nikol Paşinyan videobağlantı vasitəsilə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Avrasiya İqtisadi Birliyinin (AİB) sammitində iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumatda bildirilir ki, Paşinyanın sammitə videobağlantı vasitəsilə qatılacağı gözlənilir.
Xatırladaq ki, bundan əvvəl Paşinyan koronavirus testinin müsbət çıxması səbəbindən MDB-nin qeyri-rəsmi sammitində iştirak üçün Peterburqa getməkdən imtina etmişdi.