30 Dekabr 2024 18:29
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat yayıb.

Məlumata görə, sabiq müdafiə naziri yaşayış yerini tərk etməmək barədə sənədə imza atdıqdan sonra sərbəst buraxılıb.

“Karapetyana qarşı həbs-qətimkan tədbiri seçilib, o, yaşayış yerini tərk etməmək barədə sənədə imza atdıqdan sonra sərbəst buraxılıb”, – Sarkisyan bildirib.

Qeyd edək ki, Karapetyan 2021-ci ildə bir neçə ay Ermənistanın müdafiə naziri vəzifəsində işləyib. Sabiq müdafiə naziri Ermənistan Cİnayət Məcəlləsinin “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “qanunsuz sahibkarlıq fəaliyyətində iştirak”, “vəzifə səlahiyyətlərindən sui-istifadədə şəriklik” ittihamları ilə beynəlxalq axtarışa verilib.

Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci ilin noyabrında Karapetyanı vəzifəsindən azad edib .


Müəllif: Arzu

Oxşar xəbərlər