12:13
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumət bu gün keçirilən iclasında Ermənistanla Avropa İttifaqı (Aİ) arasında “Ermənistanın Avropa İttifaqının böhranların idarə olunması əməliyyatlarında iştirakı haqqında” sazişi təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, müqavilə fövqəladə və digər böhran vəziyyətlərinin idarə edilməsi sahəsində Aİ-nin təcrübə və biliklərindən istifadə etmək imkanı verir.

Həmçinin qeyd edilir ki, saziş təhlükəsizlik və müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafına imkan yaradacaq. Bu çərçivədə saziş Ermənistandan kadrların təlim keçmək üçün Aİ ölkələrinə göndərilməsini, fövqəladə hallar və digər böhranların idarə edilməsi sahəsində təlimlərin artırılmasını ehtiva edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər