10:18
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Avropa İttifaqına (Aİ) daxil olmaq istəyirsə, Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Davit Stepanyan deyib.

“Əminəm ki, Rusiya bundan şantaj obyekti kimi istifadə etməyə çalışacaq, Ermənistanla ticarət dövriyyəsinin artdığı, bunun sərfəli olduğu barədə əsas tezislərini gündəmə gətirəcək”, - ekspert belə söyləyib.

Stepanyan qeyd edib ki, Rusiya Ermənistanın Aİ-yə üzvlüyündə maraqlı deyil və bunun qarşısını almaq üçün hər şeyi edəcək:

“Aİ-yə gedən yol asan olmayacaq. 27 ölkə var, biz onların hamısı ilə anlaşmalıyıq. Amma KTMT və AİB-də qalmaqla bu işi çətinləşdirəcəyik”.

Politoloq Ermənistanın bu il ən azı KTMT-dən çıxacağını proqnozlaşdırır.

Xatırladaq ki, hökumət dünən keçirilən iclasında “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər