Parlamentin iclasında revanşist “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan spiker Alen Simonyandan divardan asılmış Ermənistan xəritəsinin kim tərəfindən sifariş edildiyini və onun ölkənin ərazisinin maketi olmasının necə müəyyən edildiyini soruşub.
Teleqraf.com xəbər verir ki, spiker cavabında revanşistlərin həmişə Ermənistan ərazisinin ölçüsü ilə bağlı susduqlarını bildirib.
“Şadam ki, buranın Ermənistan Respublikası olduğunu tanıdınız, çünki indiyə qədər Ermənistan Respublikasının neçə kvadrat kilometr olduğunu soruşanda aranızda sükut hökm sürürdü”, - Simonyan deyib.
Xatırladaq ki, Ermənistanın xəritəsi Baş nazir Nikol Paşinyanın göstərişi ilə parlamentin divarından asılıb. Ermənistan rəhbəri bu xəritə əsasında ölkəsinin 29.8 min kvadrat kilometr ərazisinin olduğunu iddia etmişdi.