ABŞ Prezidenti Donald Trampın andiçmə mərasiminə rəsmi dəvət olmasa da, Ermənistanın sosial məsələlər naziri Narek Mkrtçyan tədbirə qatılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.
“Əslində, Ermənistanın ali rəhbərliyi yanvarın 20-də ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda keçirilən rəsmi andiçmə mərasiminə dəvət olunmayıb. Əvəzində sosial məsələlər naziri Narek Mkrtçyan Ermənistanın ABŞ-dəki səfiri Lilit Makuntsla birlikdə tədbirdə iştirak edib və oradan fotolar dərc olunub. Mkrtçyan Trampın andiçmə mərasiminə qatıldığını qeyd edərək, feysbuk səhifəsini fotoşəkillərlə doldurub.
Əslində, rəsmi mərasimə Baş nazir Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və parlament sədri Alen Simonyan dəvət olunmayıb, əvəzində Ermənistan sosial məsələlər naziri səviyyəsində iştirak edir”, - məlumatda deyilir.
“Joqovurd” Narek Mkrtçyanın tədbirdə necə iştirak etdiyini, ABŞ-də hansı görüşlərinin olduğunu, hansı vasitələrlə səfər etdiyini öyrənmək üçün nazirlə əlaqə saxlamağa çalışsa da, bu cəhdlər baş tutmayıb.