22 Yanvar 21:57
243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş nazirin müavini Mher Qriqoryan parlamentdə deputatların suallarını cavablandırarkən çıxılmaz vəziyyətə düşüb.

Teleqraf.com "News.am"a istinadla xəbər verir ki, sərhədlərin müəyyənləşdirilməsindən danışan Qriqoryan əldə olunan razılaşmaları press-relizlər şəklində dərc etdiklərini və bu çərçivədən kənara çıxmadıqlarını bildirib.

Bu zaman “Hayastan” fraksiyasından deputat olan Qarnik Danielyan "Ermənistan-Gürcüstan dövlətlərarası yolunun Voskepar (Əskipara- red) -Kirants hissəsinin Azərbaycan tərəfinə verilməsi nəzərdə tutulurmu" sualı ilə Baş nazirin müavininə müraciə etdib.

Qriqoryan suala aydın cavab verə bilməyib.

Daha sonra Qarnik Danielyan çıxış edərək deyib: "Bəlkə zaldan soruşaq ki, kimsə sizin dediyinizi başa düşüb, ya yox. Konkret sual verirəm, aydın cavab gözləyirəm".

Qriqoryan deputatı yalnız press-relizlərdə qeyd olunanlara inanmağa çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər