22 Yanvar 22:39
210
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim hökumətin xarici siyasətində konkretlik yoxdur, heç bir hesablama aparmırlar. Biz buğdanı və qazı Rusiyadan alırıq. Hökumət isə Rusiyadan uzaqlaşır və Aİ ilə əməkdaşlığı gücləndirir. Bu cür siyasət Ermənistanı böhrana sürükləyir. Axırda deyəcəksiniz ki, yaxşı, gəlin qazı Azərbaycandan, buğdanı isə Türkiyədən alaq".

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan fraksiyasının deputatı Kristine Vardanyan bu gün parlamentdə xarici işlər naziri Ararat Mirzoyanın çıxışına münasibət bildirərkən qeyd edib.

O, Ararat Mirzoyana sual ünvanlayaraq soruşub ki, ixracatın 235 faizindən çoxu, idxalın isə 56 faizindən çoxu Avrasiya İttifaqı ölkələri ilə olan Ermənistan qazın 1000 kubmetrini 165 dollara - bazar qiymətindən 5-6 dəfə ucuz alır: "Buğdanın 90 faizini Rusiyadan idxal edirik. Bunun qarşılığında Rusiyadan uzaqlaşmaq bizə hansı mənfəəti qazandırır, hansı risklər yaradır?"

Cavabında Ararat Mirzoyan deyib ki, qeyd olunan rəqəmlər Rusiya ilə Ermənistan arasındakı əlaqələrin mövcud durumundan xəbər verir: "Qərblə əməkdaşlığımızı isə parlament özü təsdiqləyib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər