27 Yanvar 17:31
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrasiya İqtisadi Birliyi (AİB) və Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlıq olmadan Ermənistan üçün çətin olacaq.

Teleqraf.com xəbər verir ki, bunu MDB baş katibi Sergey Lebedev deyib.

“Bu, reallıqdır. MDB ölkələri, AİB və MDB çərçivəsində əməkdaşlıq olmadan Ermənistan üçün çətin olacaq. Bəs niyə Ermənistan xalqı üçün fəsadlar və çətinliklər yaradır? Bildiyimə görə, MDB ölkələri Ermənistana bu əməkdaşlığı saxlamaqda kömək etməyə hazırdır”, - qurum rəhbəri bildirib.

Ermənistanla ABŞ arasında bu yaxınlarda imzalanmış strateji tərəfdaşlıq xartiyası və İrəvanın Avropa İttifaqına üzvlük planlarından danışan Lebedev qeyd edib:

“Həmişə bir çox sənədlər imzalanır, lakin onların heç də hamısı həyata keçirilmir. Sonra həyat öz düzəlişlərini edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər