30 Yanvar 16:44
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkələrimizin milli maraqlarını birlikdə müdafiə etmək üçün sıx əməkdaşlıq bizim üçün çox vacibdir”.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvanda keçirilən Gürcüstan və Ermənistan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 14-cü iclasında deyib.

Onun sözlərinə görə, Gürcüstan və Ermənistan arasında münasibətlərin, tərəfdaşlığın və dostluğun çox möhkəm tarixi əsası var.
“Ölkələrimiz arasında xüsusi əlaqələr təkcə bizim coğrafi yaxınlığımız və qonşuluğumuzdan irəli gəlmir. Münasibətlərimiz, tərəfdaşlığımız və dostluğumuzun çox möhkəm tarixi təməli var. Bu, gürcü və erməni xalqlarını birləşdirən unikal dostluqdur”, - baş nazir söyləyib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər