30 Yanvar 16:54
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan Ermənistan investorları üçün cəlbedici ölkədir. Ötən il Ermənistanın Gürcüstana yatırdığı investisiyaların həcmi təqribən 40 faiz artıb”.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvanda keçirilən Gürcüstan və Ermənistan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 14-cü iclasında deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti Ermənistan sərmayədarları üçün ölkədə ən əlverişli mühitin yaradılması üçün əlindən gələni edir.

“Bunun üçün bizdə xarici investorlar üçün nəzərdə tutulmuş spesifik effektiv mexanizmlər var. Ermənistandan daha çox sərmayədarda maraq yaranarsa, biz həmin mexanizmlərlə onlara müvafiq yardım göstərə bilərik”, - İ.Kobxidze vurğulayıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər