19 İyun 2017 17:08
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan “Gazelli Group” şirkəti Azərbaycan Qran Prisi çərçivəsində “Bakı Marşal Klubu”na dəstək göstərəcək.

Bakı Şəhər Halqasından Teleqraf.com-a verilən məlumata görə, şirkət iyunun 23-dən 25-dək Bakıda baş tutacaq Azərbaycan Qran Prisində fəaliyyət göstərəcək marşalları öz məhsulları ilə təmin edəcək.

“Gazelli Group” şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı ölkəmizdə keçirilən yarışa dəstək göstərməkdən böyük məmnunluq duyduğunu bildirib: “Şirkətimiz Azərbaycanda baş tutan əksər ictimai, mədəni və idman tədbirlərinə hər zaman öz dəstəyini göstərir. Azərbaycan Qran Prisinə də istehsal etdiyimiz məhsullarla töhfə verəcəyimizə görə olduqca şadıq. Biz növbəti illərdə də oxşar tədbirlərə dəstək verməkdə davam edəcəyik.”

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin direktoru və bu qurumun tərkibində fəaliyyət göstərən “Bakı Marşal Klubu”nun rəhbəri Çingiz Mehdiyev əməkdaşlığa görə “Gazelli Group”a öz təşəkkürünü bildirib: “Marşallar müxtəlif hava şəraitində təlim keçərək yarışa hazırlaşırlar və xüsusən də uzun çəkən yarış sessiyaları zamanı əksər hallarda günəşdən qorunma vasitələrinə ehtiyac duyurlar. İnsanı hər zaman diqqət mərkəzinə qoymaq “Bakı Marşal Klubu”nun başlıca dəyərlərindəndir və biz bunu rəhbər tutaraq marşallarımız üçün hər zaman ən keyfiyyətli vasitələri seçirik. Bu il yarış zamanı marşallarımız “Qazelli Qrup” şirkətinin bizə təqdim etdiyi xüsusi kosmetik vasitələrini istifadə edəcəklər. Biz də öz növbəmizdə göstərilən diqqətə və dəstəyə görə “Gazelli Group” şirkətinə dərin minnətdarlığımızı bildiririk”.


Müəllif: Nərgiz