23 İyun 2017 14:21
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Formula-1 Azərbaycan Qran Prisinin ilkin mərhələsidir.

Teleqraf.com xəbər verir ki, artıq birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı başlayıb. Pilotlar saat 13:00-da trekə çıxıblar. İkinci sərbəst yürüş saat 17:00-da, sonuncusu isə iyunun 24-də, sıralama turundan 3 saat əvvəl – 14:00-da olacaq.

Sınaq yürüşünü Dövlət Təhülkəsizlik Xidmətinin rəisi Mədət Quliyev, Gənclər və İdman naziri Azad Rəhimov, I Vitse-prezident Mehriban Əliyevanın köməkçisi Anar Ələkbərov, cüdo ustası Elnur Məmmədli izləyir.

Qeyd edək ki, iyunun 25-də keçiriləcək Qran Pirinin həlledici mərhələsi saat 17:00-da start götürəcək. Yarışda iştirak edən 10 komandanın - "Mercedes" (Luis Hemilton və Valterri Bottas), "Red Bull" (Daniel Rikkardo və Maks Ferstappen), "Ferrari" (Sebastyan Fettel və Kimi Raykkonen), "Force İndia" (Serxio Peres və Esteban Okon), "Willams" (Felipe Massa və Lens Stroll), "McLaren Honda" (Fernando Alonso və Stoffel Vandorn), "Toro Rosso" (Daniel Kvyat və Karlos Sayns), "Haas" (Roman Qrojan və Kevin Maqnussen), "Renault" (Niko Hülkenberq və Colion Palmer) və "Sauber"in (Markus Eriksson və Paskal Verlyayn) ümumilkdə 20 üzvü hökumət meydanından başlayaraq, Qız Qalası, İçərişəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.


Müəllif: Nərgiz