23 İyun 2017 17:31
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula 1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşünə start verilib.

Teleqraf.com xəbər verir ki, saat 17:00-da başlayan yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

Sərbəst yürüşlərdə “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Uilyams”ın heyətində Felipe Massa və Lans Stroll yarışırlar.

“Red Bull Racing” komandasında Daniel Rikkiardo, Maks Ferstappen, “Force İndia”da Eseteban Okon və Serxio Peres, “Renault”da isə Niko Hulkenberq ilə Colion Palmer mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Daniil Kvayt və Karlos Sainz, “Sauber”də Markus Erikson, Antonio Giovinnazzi, Paskal Verleyn, “McLaren”də Fernando Alonso və Stoffel Vandurn yürüşdə iştirak edirlər.

Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.
Yürüş iştirakçıları 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar.


Müəllif: Teleqraf.com