23 İyun 2017 19:59
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula 1 üzrə Azərbaycan Qran Prisində növbəti qəza baş verib.

Teleqraf.com xəbər verir ki, ikinci sərbəst yürüşə Daniel Rikkiardo ilə birgə çıxan “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen idarəetməni itirərək səddə çırpılıb.

Qəza nəticəsində onun bolidinə ciddi zərər dəyməyib. Lakin pilot uzun zaman bolidini tərk etməkdə çətinlik çəkib. Marşallar bolidə yaxınlaşaraq pilota köməklik göstəriblər.


Müəllif: Teleqraf.com