24 İyun 2017 12:38
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 Azərbaycan Qran Prisinin startı ərəfəsində statistik məlumatlar açıqlayıb.

Bakı Şəhər Halqasından Teleqraf.com-a verilən məlumata görə, pilotlardan

Sebastian Fettel 14 dövrə liderlik etsə, karyerasında 15000 km liderliyə sahib olacaq.

Digər sürücü Daniel Rikkardo 5 dövrə liderlik etsə, karyerasında 800 km liderliyə çatacaq.

Daniel Rikkardo 2-ci yer tutsa, F1 yarışında 700-cü xalını qazanacaq.

Valtteri Bottas 6 dövrə liderlik etsə, karyerasında 400 km liderliyə sahib olacaq.

Niko Hulkenberq yarışda qalib gəlsə, F1 yarışında 400-cü xalını qazanacaq.

Maks Ferstappen yarışı 9-cu yerdə tamamlasa, F1 yarışında 300-cü xalını qazanacaq.

Karlos Sayns yarışı 4-cü yerdə qurtarsa, F1 yarışında 100-cü xalını qazanacaq.

Valtteri Bottas 33 dövrə liderlik etsə, karyerasında 100 dövrə liderliyə sahib olacaq.

Azərbaycan Qran Prisi Daniil Kvyatın iştirak etdiyi 50-ci F1 Qran Pri yarışıdır.

Komandalara gəlincə, “Williams” 10 xal qazansa, hesabındakı xal sayı 3500 olacaq.
“Haas” 6 xal qazansa, hesabındakı xal sayı 50 olacaq.

Ölkələrdən isə Markus Eriksson 13 xal qazansa, isveçli sürücülər F1 yarışında 400-cü xalı qazanacaqlar.

Daniil Kvyat yarışı 8-ci yerdə başa vursa, rusiyalı sürücülər F1 yarışında 200-cü xalı əldə edəcəklər.

Sebastyan Fettel, Niko Hulkenberq və ya Paskal Verlayn sürətli dövrəyə nail olsalar, almanlar hesablarına 150-ci sürətli dövrəni yazacaqlar.

Karlos Saynz və ya Fernando Alonso podium qazansa, ispanlar hesablarına 100-cü podiumu yazacaqlar.

Roman Qrojan və ya Esteban Okon qələbə qazansa, fransızlar hesablarına 80-ci qələbəni qeyd edəcəklər.

Daniel Rikkardo qələbə qazansa, avstraliyalılar hesablarına 40-ci qələbəni yazacaqlar.


Müəllif: Nərgiz Cavadzadə