25 İyun 2017 11:03
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümid edirəm ki, bugünkü yarışda tempimizi saxlayıb ilk iki yeri qazanarıq. “Ferrari” komandası bizdən geri qalsa da, yarış tempində güclüdürlər və onlarla ehtiyatlı olmalıyıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-prisinin sıralama turunun birincisi “Mercedes” komandasının pilotu Luis Hemilton təəssüratlarını bölüşərkən deyib.

"Mercedes" komandasının sürücüsü qeyd edib ki, poul qazandığı dövrədə əlindən gələni edərək ən yaxşı nəticəni göstərib:

“Son illərdə atdığım ən həyəcanverici dövrə idi. İlk cəhdimdə səhv etdim və buna görə də istədiyim nəticə alınmadı. Təkərləri qızdıra bilmirdim və üzərimdə təzyiq var idi. Amma bütün çətinliklərə rəğmən bacardım. Bilirdim ki, Valtteri yaxşı nəticə ilə gedir və önümdə idi. Son sektorda əlimdən gələni etdim və lazım olanı aldım”.

Qeyd edək ki, britaniyalı pilot 1:40.593-lük zaman nəticəsi ilə Bakıda ilk, karyerasının 66-cı poulunu qazanıb.


Müəllif: Nərgiz