25 İyun 2017 17:03
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisi 2017 çərçivəsində yarışları izləyirlər.

Teleqraf.com xəbər verir ki, prezidentin ailə üzvləri də yarışı izləyənlər arasındadırlar.

Xatırladaq ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur.

Foto: Elçin Murad


Müəllif: Nərgiz Cavadzadə