İranda sərnişin avtobusunun yanacaq tankeri ilə toqqoşması nəticəsində 21 nəfər həyatını itirib, 27 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Teleqraf.com xəbər verir ki, hadisə Kaşan-Nətənz magistral yolunun 25 kilometrliyində baş verib.
Paytaxt Tehrandan Kirmana yola düşən avtobus sürücünün ehtiyatsızlığı səbəbindən yanacaq daşıyan tankerlə toqquşduqdan sonra aşıb. Nəticədə yanğın baş verib.
Ölənlər arasında azyaşlı uşaqlar da var. 21 sərnişin avtobusun içində tamamilə yanıb, xəsarət alan sərnişinlər isə xəsəxanaya aparılıb.
Hadisənin səbəbləri araşdırılır.