“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.
“Report” xəbər verir ki, ən yaxşı göstəriciyə “Ferrari”nin pilotu Şarl Lekler imza atıb - 1:42.872. Onun komanda yoldaşı Sebastyan Fettel ikinci olub (+ 0,324). “Mercedes”in sürücüsü Lüis Hemilton isə üçüncüdür (+0,669).
Qeyd edək ki, aprelin 27-də üçüncü sərbəst yürüş və sıralama turu baş tutacaq. Yarış isə bazar günü olacaq.