27 Dekabr 2021 18:55
4 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Formula 1"də çıxış edən “Red Bull” komandasının sürücüsü Maks Ferstappen ilin pilotu seçilib.

Teleqraf.com xəbər verir ki, hazırkı dünya çempionu komanda rəhbərlərinin versiyasına əsasən bu ada layiq görülüb. Səsvermədə 213 xal toplayan niderlandlı pilot bütün rəqiblərini qabaqlayıb.

İkinci pillədə 192 xalla "Mercedes" pilotu Lüis Hemilton qərarlaşıb. Reytinqdə ilk "üçlüy"ü "McLaren"in sürücüsü Lando Norris (110 xal) tamamlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər