10 Mart 2022 22:41
4 943
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Formula 1" Rusiyanın "Match TV" telekanalı ilə müqaviləni pozub.

Teleqraf.com-un məlumatına görə, bu barədə telekanalın baş prodüseri Aleksandr Taşin açıqlama verib.

Onun sözlərinə görə, dünya çempionatının 2022-ci il mövsümü Rusiyada yayımlanmayacaq.

Qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qəbul olunub.

Qeyd edək ki, "Formula 1" 2020-ci ildə "Match TV" ilə 3 illik müqavilə imzalayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər