23 Aprel 2022 14:28
5 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Halqası Bakı Marşal Klubunun iştirakı ilə aprelin 23-ündə media nümayəndələri üçün təlim təşkil edib.

Teleqraf.com xəbər verir ki, təlimin keçirilməsində məqsəd yerli media nümayəndələrini Formula 1 yarışlarının ümumi qaydaları barədə həm nəzəri, həm də praktiki cəhətdən məlumatlandırmaqdır.

Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində təşkil olunmuş təlim nəzəri, praktiki və əyləncə hissələrindən ibarət olub. Nəzəri hissədə jurnalistlərə peşəkar marşallar tərəfindən Formula 1 bolidləri, onların texniki xüsusiyyətləri, yarışın idarə olunması prosesi və yarış zamanı digər maraqlı məqamlar barədə məlumat verilib. Təlimin sonunda suallar cavablandırılıb.

Praktiki hissədə jurnalistlərə yarışın idarə olunması və yarış qaydalarının necə tətbiq olunduğu nümayiş edilib.

Sonda Azərbaycan Avtomobil Federasiyasının drift va Volkikar yarış maşınlarından ibarət şou və mini yarış simulyasiyaları nümayiş etdirilib, lüks maşınlar sərgilənib.

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi cari ilin 10-12 iyun tarixlərində keçiriləcək. Mövsümün sayca səkkizinci yarışı olan Azərbaycan Qran Prisi Monako, Mayami, Sinqapur kimi nüfuzlu şəhər yarışlarının sırasında yer alır.


Müəllif: Aysel Azad