24 Aprel 19:26
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada keçirilən "Formula 1" üzrə İtaliya Emiliya-Romanya Qran-prisinə yekun vurulub.

Teleqraf.com xəbər verir ki, İmola trasında baş tutan mövsümün dördüncü mərhələsinin qalibi "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen olub.

Onun komanda yoldaşı olan meksikalı Serxio Peres ikinci, "McLaren"in britaniyalı sürücüsü Lando Norris isə üçüncü yeri tutub.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək.


Müəllif: Teleqraf.com