Oxşar xəbərlər
Formula 1 Azərbaycan Qran Prisinin ayrılmaz hissəsi olan könüllülər yarışa hazırdır.
Teleqraf.com xəbər verir ki, bu il yarışa 1500 yerli könüllü cəlb olunacaq. Yerli könüllülərlə yanaşı, həmçinin 100-ə yaxın xarici könüllü yarışın təşkilinə öz dəstəyini göstərəcək.
Xarici könüllülər ABŞ, İrlandiya, İsveçrə, İndoneziya, Pakistan, Çin, Tanzaniya, Qana, Qazaxıstan kimi ölkələrdən yarışa qatılaraq yerli könüllülərlə birgə çalışacaqlar.
Könüllülərin çoxu tribunalar, biletlər və kütləyə nəzarət kimi vəzifələri icra edəcəklər.
Xatırladaq ki, 2022 Formula 1 Azərbaycan Qran Prisi üçün 8000-ə yaxın könüllü qeydiyyatdan keçib, onlardan 1500-ü müsahibə əsasında seçilərək yarışa cəlb olunub.