8 İyun 2022 17:29
4 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarının, həmçinin, nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər".

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

"Bir daha sürücülərdən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik", - məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com