9 İyun 2022 09:36
4 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci il Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində saat 12:00-dan 13:30-a kimi Pit zolağında gəzinti olacaq.

Teleqraf.com xəbər verir ki, yarışın ən maraqlı hissələrindən sayılan Pit zolağı gəzintisi 2 saata yaxın davam edəcək, burada F1 azarkeşləri komandalar, onların qarajları ilə yaxından tanış olmaq, dünya şöhrətli pilotlarla rəsm çəkdirmək imkanı əldə edəcəklər.

Xatırladaq ki, yalnız üç günlük bileti olan tamaşaçılar “Pit” zolağında gəzintisində iştirak edə biləcəklər.

Bakı Şəhər Halqası yarışı yaxından izləmək və unudulmaz anlar yaşamaq istəyən tamaşaçıları 2022 Formula 1 Azərbaycan Qran Prisinə dəvət edir.


Müəllif: Aysel Azad